1 Avqust 2015 15:31
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın müdafiəçisi Serxio Ramos doğma klubu ilə müqaviləsinin müddətini uzatmağa qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, "Mançester Yunayted" vergilər xaric təcrübəli müdafiəçiyə illik 12 milyon avro təklif edirdi.

Ancaq Ramos Madrid klubunda qalmağı üstün tutub. O, illik 9-10 milyon avro qarşılığında "Real"la 2020-ci ilə qədər müqavilə imzalamağa razılıq verib.

"Real"ın prezidenti Florentino Peres də ispanı buraxmaqdan imtina edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər