"Mançester Yunayted"in qapıçısı David de Xea İngiltərə Premye Liqasının ilk turunda "Tottenhem"ə qarşı matçda iştirak etməyəcək.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Lui van Qal mətbuar konfransında bildirib.
O deyib ki, De Xeanın transferi haqda son zamanlar çoxlu xəbər yayılır: "Belə bir zamanda ona oynamaq çətin olacaq. Buna görə de Xeaya "Tottenhem"ə qarşı oyunda şans verməyəcəm".
Qeyd edək ki, de Xeanın "Real"a transfer olunacağı iddia edilir.