11 Avqust 2015 16:35
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beşiktaş” tərəfdarının sevimlisi, bir vaxtlar Türkiyədə uğurlu karyera qurmuş nigeriyalı Daniel Amokaçi baş məşqçi olub.


Publika.az xəbər verir ki, "Qara Qartallar”ın ilk əcnəbi oyunçularından olan Amokaçi ölkəsi Nigeriyanın "İfeanyi UBAH" klubunu çalışdıracaq.


“Beşiktaş” və “Samsunspor”un keçmiş qapıçısı Şorunmu da həmin klubda çalışacaq. O, qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərəcək.


Qeyd edək ki, 43 yaşlı Amokaçi ilk dəfə baş məşqçi kimi fəaliyyətə başlayır.

O, 1996-1999-cu illərdə “Beşiktaş”da forma geyinib. Bu müddət ərzində 77 oyuna çıxan sabiq forvard 19 qol vurub.

“Beşiktaş”dan başqa, “Öküz” ləqəbli sabiq futbolçu Avropada “Brügge” və “Everton” kimi ortabab klubların da şərəfini qoruyub.


Müəllif:

Oxşar xəbərlər