11 Avqust 2015 17:34
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Fənərbaxça" klubunun yarımmüdafiəçisi Mehmet Topalın avtomobilinə silahlı hücum olub.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, səhər məşqindən çıxdıqdan sonra evə gedən zaman futbolçunun avtomobilinə 2-3 dəfə atəş açılıb.

Silahlı cinayətkarlar başqa bir avtomobillə hadisə yerindən uzaqlaşıblar. Mehmet Topal hadisə zamanı heç bir xəsartə almayıb.

Avtomobilin güllə keçirməz olması futbolçunu xilas edib.

Teleqraf.com fotonu təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər