"Mançester Yunayted" "Bavariya"nın yarımmüdafiəçisi Tomas Mülleri transfer etməkdə israrlıdır.
Mançester təmsilçisi almaniyalı futbolçu üçün yenidən Münhen klubuna müraciət edib.
"Mançester Yunayted" Müllerə 5 illik müqavilə təklif edib. İngiltərə nəhəngi bu transfer üçün 50 milyon avrosundan keçməyə hazırdır. Tərəflər arasında razılıq əldə olunarsa, 25 yaşlı futbolçu "Mançester Yunayted"də həftəsinə 160 min funt-sterlinq qazanacaq.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Müller 2008-ci ildən Münhen təmsilçisinin əsas komandasında çıxış edir. Təcrübəli futbolçu keçirdiyi 197 oyunda 71 qol vurub.