"Bavariya" baş məşqçisi Pep Qvardiola sabiq komandası "Barselona"nın ulduz futbolçusu Lionel Messi haqda maraqlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb. Təcrübəli mütəxəssis bildirib ki, onun rəhbərliyi altında yalnız bir futbolçu xüsusi münasibətə layiq görülə bilər:
"Bu mövsüm bütün oyunçular mən istədiyim kimi qaçacaqlar. Mən nə etmək lazım olduğunu deyirəm və hər kəs mənə qulaq asır. Dünyada yalnız bir futbolçu bunu etməyə məcbur deyil - Lionel Messi".
Messi 2008-2012-ci illərdə "Barsa"da Qvardiolanın rəhbərliyi altında oynayıb.
Rüstəm