Pekində keçirilən atletika üzrə dünya çempionatı davam edir.
Teleqraf.com xəbər verir ki, Çinin paytaхtı Pekində təşkil olunan 15-ci Dünya Atletika Çempionatında 200 metr məsafəyə qaçış yarışının təsnifat mərhələsində Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev bütün rəqiblərini qabaqlayıb.
Quliyev 20.02-lik göstərici ilə birinci olraq yarımfinala yüksəlib. Bundan əvvəlki ən yaхşı göstəricisi 20.04 olan Ramil Türkiyə rekordunu da qırıb.
Qızıl medala favorit göstərilən Castin Qatlin 200 metrlik məsafəni 20.19, Useyn Bolt isə 20.28-lik nəticə ilə qət edib.
Yarımfinal yarışı bu gün Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Ramil Quliyev 2009-cu ildəki Dünya Çempionatında millimizin heyətində yer almışdı. O, 200 metr məsafəyə qaçış üzrə finalda Useyn Boltla yarışaraq, 7-ci olmuşdu. Həmin çempionatdan sonra Quliyev Türkiyə vətəndaşlığını qəbul edib. Onun Azərbaycan Atletika Federasiyası ilə problem yaşadığı üçün bu cür addım atdığı bildirilir.
Rüstəm