Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Anderlext"in baş məşqçisi Besnik Hasi püşkatmanın nəticələrini dəyərləndirib.
Teleqraf.com-un məlumatına görə, bunu UEFA-nın saytının verdiyi açıqlamada deyib:
"Rusiyadan olan klubla bir qrupa düşmək istəmirdim, çünki ora çox soyuq ola bilər. Keçən il biz çempionat gedə-gedə "Dinamo" ilə oynadıq.
Bu dəfə qrup mərhələsində rəqiblərimizlə keçirəcəyimiz oyunlar heç də asan olmayacaq, amma biz artıq sübut etdik ki, böyük klublarla döyüşməyə hazırıq".
Belçika klubu qrupda "Tottenhem", "Monako" və "Qarabağ"la mübarizə aparacaq.
Rüstəm