AVRO-2016-nın seçmə mərhələsində sentyabrın 6-da keçiriləcək Malta - Azərbaycan matçının hakimləri müəyyənləşib.
Teleqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Harald Lexner olacaq. Ona həmyerliləri Maksimilian Kolbitş və Andreas Ştaudinger köməklik edəcək. Andreas Haydenrayx isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Sentyabrın 6-da Ta Qali şəhərində keçiriləcək Malta - Azərbaycan Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Rüstəm