Hollandiya millisinin hücumçusu Robin van Persi "Avro-2016"nın seçmə mərhələsində uduzduqları Türkiyə ilə oyun haqda danışıb.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, "Fənərbaxça"nın futbolçu Türkiyəyə məğlubiyyətin əsl kabus olduğunu bildirib:
"Belə acı məğlubiyyətdən sonra danışmaq çətindir. Artıq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq bizdən asılı deyil. Türkiyəyə məğlubiyyət dəhşətdir, əsl kabusdur. Turnir cədvəlində üçüncü pilləni tutmaq son dərəcə çətin görünür. Bunun üçün sonadək mübarizə aparmalı və qarşıdakı hər iki görüşdə qələbə qazanmalıyıq".
Qeyd edək ki, Hollandiya "Avro-2016"nın seçmə mərhələsində geridə qalan 8 turdan sonra 10 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.