10 Sentyabr 2015 23:16
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZAL iki futbolçu ilə heyətini gücləndirib.

Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi bir hücumçu və bir mərkəz yarımmüdafiəçisini transfer edib.

Son komandası Ukraynanın “Metalluq” (Donetsk) klubu olan Hamid Yasinlə iki illik müqavilə imzalayıb.

Ukraynanın U-16, U-17 və U-18 milli komandalarının da formasını geyən hücumçu misir əsilli olsa da, onun ölkəmizlə bağlılığı var. Onun ögey atası azərbaycanlıdır.

Digər futbolçu isə gürcü Aleksandr Qurulidir. Mərkəz yarımmüdafiəçisi olan Quruli bir il müddətində AZAL-da çıxış edəcək.


Müəllif: