“Qalatasaray”ın aparıcı üzvlərindən olan Burak Yılmaz superliqanın son turunda “Trabzonspor”la qarşılaşmada zədə alıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, matçın 64-cü dəqiqəsində ayağında ağrı hiss edən hücumçu Umut Bulutla əvəzlənməli olub.
Oyundan sonra tibbi müayindən keçən Burakın ən azı 10 gün meydana çıxa bilməyəcəyi məlum olub. Bu o deməkdir ki, komandanın qol silahı superliqada “Qaziantepspor”, Çempionlar Liqasında isə “Astana” ilə oyunu buraxacaq.