Bu gün Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.
Teleqraf.com-un məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.
Cari mövsüm xal və qol üzünə həsrət qalan AZAL bu tur Sumqayıta səfər edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Turun mərkəzi qarşılaşması Bakıda baş tutub. Suraxanı qəsəbə stadionunda son çempion "Qarabağ" "Neftçi"ni qəbul edib. Ağdam təmsilçisi yeni inşa etdiyi stadionda ilk oyununu məhz "Neftçi"yə qarşı keçirib. Matç 1:1 hesabı ilə başa çatıb.