10 Oktyabr 2015 22:54
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan yığma komandasının futbolçusu Rəşad Sadıqovun millinin heyətində 100-cü oyununa çıxması münasibəti ilə AFFA prezidenti Rövnəq Abdullayev və UEFA baş katibinin müavini Teodor Teodoridis müdafiəçiyə xatirə hədiyyəsi təqdim edib.

"Report"un xəbərinə görə, qurum rəsmiləri futbolçunun hədiyyəsini AVRO-2016-nın seçmə qrup mərhələsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan-İtaliya oyunundan öncə verib.


Müəllif:

Oxşar xəbərlər