9 Dekabr 2015 11:43
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Çempionlar Liqasının qrup mərhələsində son turun oyunlarına start verilib.

Teleqraf.com xəbər verir ki, A, B, C və D qruplarında ümumilikdə 8 oyun keçirilib. Türkiyənin “Qalatasaray” klubu evdə “Astana”nı (Qazaxıstan) qəbul edib. Artıq qrupdan çıxmaq şansını itirən “Cim Bom” qalib gələcəyi və ya heç-heçə edəcəyi təqdirdə, mübarizəni Avropa Liqasında davam etdirmək şansı qazanacaqdı ki, bununda öhdəsindən gəlib 1:1.

Çempionlar Liqasının qrup mərhələsinə bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.

8 dekabr

A qrupu

PSJ (Fransa) – “Şaxtyor” (Ukrayna) - 2:0

Qollar: Lukas, 57, İbrahimoviç, 86

“Real” (Madrid, İspaniya) – “Malmö” (İsveç) - 8:0

Qollar: Benzema, 12, 24, 74, Ronaldo, 39, 47, 50, 59, Kovaçiç, 70

B qrupu

“Volfsburq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) - 3:2

Qollar: Naldo, 14, 84, Vierinyo, 29 - Martial, 10, Gilavogi, 82 (avtoqol)

PSV (Hollandiya) – CSKA (Moskva, Rusiya) - 2:1

Qollar: De Yonq, 78, Propper, 85 - Caqoyev, 76 (pen)

C qrupu

“Benfika” (Portuqaliya) – “Atletiko” (İspaniya) - 1:2

Qollar: Mitroğlu, 75 - Nigez, 33 Vietto, 55

“Qalatasaray” (Türkiyə) – “Astana” (Qazaxıstan) - 1:1

Qollar: Selcuq, 65 - Tvumasi, 63

D qrupu

“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Münhenqladbax, Almaniya) - 4:2

Qollar: Silva, 16, Sterlinq, 80, 81, Boni, 85 - Korb, 19, Rafael, 43

“Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya) - 1:0

Qol: Llorente, 65


Müəllif:

Oxşar xəbərlər