"Çelsi"dən ayrılan Joze Mourinyo karyerasını yenə İngiltərə Premyer Liqasında davam etdirəcək.
Portuqaliyalı mütəxəssisin "Mançester Yunayted"lə anlaşdığı iddia olunur.
Son turlarda uğursuz nəticələrlə diqqət çəkən Mançester təmsilçisinin yaxın günlərdə baş məşqçi Lui van Qalla yollarını ayıracağı gözlənilir. Bu səbəbdən rəhbərliyin artıq Mourinyo ilə görüşdüyü və ona 5 illik müqavilə təklif etdiyi bildirilir. İngiltərə mətbuatının yazdığına görə, 52 yaşlı mütəxəssis "qırmızı-şeytanlar"ın təklifini qəbul edib.
Qeyd edək ki, bir müddət öncə "Çelsi"dən qovulan Mourinyo "Roma"nın təklifini rədd edib.