22 Dekabr 2015 18:50
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cüdo federasiyası irəliyə addımlamaqda davam edir. Qurum arxaya baxmadan yeni səhifə açmaq fikrindədir.


Bildiyimiz kimi, federasiyaya kişilərdən ibarət milli komandaya Peter Zayzenbaxeri qaytardıqdan sonra bir çox problemlər öz həllini tapmağa başlayır. İdmançılar hər yarışa ümidlə gedib, nəticə ilə qayıdırlar.
Ancaq federasiyada bir problem hələ də həllini tapmamış qalır.

Publika.az-ın əldə etdiyi məlumata görə, xanımlardan ibarət milli komandamız kişi yığmamızdan fərqli olaraq “başsız” qalıb. Xanımlardan ibarət yığmamıza baş məşqçi seçimi hələ rəsmiləşməyib. Bu barədə məsələ federasiyanı da narahat edir.

Onlar xanımlarımızı kimin çalışdıracağı ilə bağlı seçimlər, müzakirələr etməkdə davam edir. Qurum növbəti ildə yanvarın sonlarına qədər bu problemi həll etməyə çalışır.

Publika.az federasiya ilə bağlı daha bir məlumat alıb. Belə ki, Pekin olimpiya Oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyev milli komandaya dəvət alıb. İdmançı karyerasını başa vurduqdan bir müddət sonra sambo ilə böyük idmana qayıtmaq istəsə də, müəyyən problemlər üzündən bu istəyini gerçəkləşdirə bilmədi.


İndi isə M.Mirəliyev cüdo üzrə milli komandaya dəvət alıb. Ancaq o, komadaya məşqçi kimi çağırılıb. Hazırda millidə məşqçi kimi köməklik göstərsə də, tam statusu bəlli deyil. Onun federasiyadakı səlahiyyətinə yaxın zamanda aydınlıq gələcək. Hazırda Mövlud Mirəliyev milli komandayla Monqolustandadır.


Müəllif:

Oxşar xəbərlər