Yunan-Roma güləşi üzrə Gürcüstan yığmasının 6 üzvü Beynəlxalq Antidopinq Agentliyinin qaydalarını pozub.
"Report"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, federasiya dopinq testlərin cavabını gözlədiyi üçün həmin idmançıların adlarını gizli saxlayır.
Yerli mətbuat siyahıdakı adların artacağını istisna etmir. Bildirilir ki, idmançılardan hər hansı birinin test nəticəsi müsbət çıxarsa, bu, ömürlük diskvalifikasiya ilə nəticələnə bilər.
Cəzalardan əlavə həmin idmançıları pul cəriməsi də gözləyir.