21 Fevral 2016 20:44
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Roma"nın baş məşqçisi Lusiano Spaletti komandanın kapitanı Françesko Tottinin adını A seriyasında 26-cı turunda "Palermo" ilə oyun üçün heyətə daxil etməyib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis Tottinin onun barədə söylədiyi tənqidi fikirlərdən sonra bu qərarı verib.

F.Totti son açıqlamasında komanda üçün etdiyi fədakarlıqlara baxmayaraq, Spalettinin onu ehtiyat oyunçular skamyasında saxlamasının mənasız olduğunu söyləmişdi. Totti daha çox oynamalı olduğunu bildirmişdi.

Qeyd edək ki, L.Spalettinin "Roma"nı çalışdırmasından sonra F.Totti cəmi 33 dəqiqə meydanda olub.


Müəllif:

Oxşar xəbərlər