Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
Publika.az xəbər verir ki, idmançımız Tailandın Pattayya şəhərində təşkil olunan “Kunium Fight 38” turnirində qüvvəsini sınayıb.
“Kobra” ləqəbli P.Abdullayev reytinq xarakterli döyüşdə çinli Nurla Mulali ilə üz-üzə gəlib. İdmançımız bu qarşılaşmada asiyalı rəqibini məğlub edərək rinqi qalib kimi tərk edib.