10 Mart 2016 22:35
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın daha bir idmançısının orqanizmində istifadəsi qadağan olunmuş mildronat preparatı aşkarlanıb.

Bu dəfə biatlonçu Eduard Latıpovun dopinq testi müsbət çıxıb.

Rusiya Biatlon Federasiyasından verilən açıqlamada məlumat təsdiqlənib. Araşdırmalar yekunlaşana qədər 21 yaşlı idmançının yarışlara qatılmasına qadağa qoyulub.

Qeyd edək ki, Latıpova qədər Rusiyanın daha 6 idmançısı - Yekaterina Bobrova, Mariya Şarapova, Semyon Elistratov, Pavel Kuliznikov, Yekaterina Konstantinova və Aleksandr Markinin orqanizmində qadağan olunmuş mildronat preparatı aşkarlanıb.


Müəllif:

Oxşar xəbərlər