Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarının ən yaxşı futbolçusu müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Real"ın hücumçusu Kriştiano Ronaldo 74 faiz səs toplayıb.
Qeyd edək ki, K.Ronaldo Çempionlar Liqasının 1/4 finalında "Volfsburq"la cavab oyununda het-trik etməklə komandasını yarım finala çıxarıb.