19 Aprel 2016 16:15
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasda Premyer Liqanın 30-cu turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Aprelin 15-də Premyer Liqanın XXX turunun "Qəbələ" - "Rəvan" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 61-ci dəqiqəsində "Rəvan" klubunun 3 №-li futbolçusu Saşa Yunisoğlu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 88-ci dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.

Aprelin 16-da "Neftçi" - "Qarabağ" matçında "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Neftçi" - "Qarabağ" matçının 23-cü dəqiqəsində "Neftçi" klubunun futbolçusu Ruslan Qurbanov sarı vərəqə ilə cəzalanıb.

"Neftçi" klubu bu epizodla bağlı İntizam Komitəsinə müraciət ünvanlayaraq öz etirazını bildirib.

İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:

- Oyunun 23-cü dəqiqəsində "Neftçi" klubunun 11 №-li futbolçusu Ruslan Qurbanova simulyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunur.

AZAL - "Sumqayıt" matçında isə AZAL və "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.


Müəllif:

Oxşar xəbərlər