Çempionlar Liqasının yarımfinalında “Atletiko” ilə mübarizədən məğlub ayrılaraq turnirlə vidalaşan “Bavariya” maraqlı göstərici ilə üzləşib.
Münhen klubu Xosep Qvardiolanın rəhbərliyi altında ardıcıl üçüncü mövsümdür ki, Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırır.
Maraqlıdır ki, ispaniyalı çalışdırıcı hər dəfə öz həmyerlilərinə uduzur. 2013-2014 mövsümündə “Real”, 2014-2015 mövsümündə isə sabiq komandası “Barselona” ilə mübarizədən məğlub ayrılan “Bavariya” bu dəfə də ispan klubu ilə bacarmadı.
Xosep Qvardiolanın “Bavariya”ya gəlişindən əvvəl isə Yupp Haynkes bu komanda ilə Çempionlar Liqasını qazanmışdı./Qol.az