Respublika Günü münasibətilə Balakən Olimpiya İdman Kompleksində keçirilən kyokuşinkay karate üzrə açıq rayon birinciliyinə mayın 29-da yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Kyokuşinkay Karate Federasiyası və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə iki gün davam edən birincilikdə respublikamızın 10 şəhər və rayonunu təmsil edən 100-dən artıq idmançı mübarizə aparıb. Karateçilər 6 yaş qrupu üzrə yarışıblar.
Birinciliyin qalibləri kubok, diplom və medallarla mükafatlandırılıblar.