14 İyun 2016 17:46
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 13-də İtaliyanın Roma şəhərində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, forumda Azərbaycan tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, infrastruktur, logistika, kənd təsərrüfatı, tibb və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib, Azərbaycanın sənaye parkları, italiyalı iş adamları üçün maraq doğuracaq potensial investisiya layihələri, investorlar üçün təklif edilən güzəştlər barədə məlumat verib.

Biznes forum hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.


Müəllif:

Oxşar xəbərlər