Misir neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolunun genişləndirilməsində maraqlıdır.
Bunu Trend-ə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib.
Onun sözlərinə görə, energetika sahəsi iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır: "Bu ilin doqquz ayında Azərbaycandan Misirə neft ixracı 300 milyon dollara yaxın təşkil edib. Azərbaycan və Misir bu sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər".