Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,93 dollar bahalaşaraq 53,26 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,99 dollar artaraq 56,46 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,41 dollar ucuzlaşaraq 55,97 dollar təşkil edib.