22-24 fevral tarixlərində iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə biznes nümayəndə heyətinin İranın Ərdəbil və Urmiya şəhərlərinə işgüzar səfəri planlaşdırılır.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində Ərdəbil və Urmiya şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi məqsədilə biznes forumun və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
İrana səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlardan aşağıdakı əlaqə vasitələrindən istifadə edərək AZPROMO-ya məlumat vermələri xahiş olunur