28 Sentyabr 2017 08:09
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 26-da 60,3 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,21 dollar/barel azdır.

Bunu Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 26-da 59,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 26-da 56,2 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 26-da 59,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər