Brent markalı neftin bir barelinin qiyməti 62 dolları ötüb.
Teleqraf.com xəbər verir ki, bu, cümə günü keçirilən hərracların nəticəsində məlum olub.
Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci il, iyulun 2-dən etibarən ilk dəfə olaraq 62 dolları ötüb.
***
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 62,89 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 62,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.