22 Sentyabr 2014 12:07
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü münasibəti ilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Bakıda səfərdə olan “Bulqartransqaz” və “Bulqarqaz” şirkətlərinin rəhbərləri arasında görüş olub.

Teleqraf.com-un məlumatına görə, Bakıdakı təntənəli mərasimlərin yüksək səviyyədə təşkil olunduğunu bildirən qonaqlar Azərbaycan təbii qazının Bolqarıstana tezliklə nəql edilməsində maraqlı olduqlarını vurğulayıblar. Sonra ARDNŞ ilə Bolqarıstanın qaz şirkətləri arasında iki sənəd imzalanıb. ARDNŞ və “Bulqartransqaz” arasında anlaşma memarandumu ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və “Bulqartransqaz” şirkətinin baş direktoru Kiril Temelkov tərəfindən imzalanıb.

ARDNŞ və “Bulqarqaz” şirkəti arasında niyyət protokoluna isə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və “Bulqarqaz” şirkəti Direktorlar Şurasının rəhbəri Botyo Velinov imza atıblar.

Naibə


Müəllif:

Oxşar xəbərlər