Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti mütəmadi olaraq müxtəlif sahələrə dair nəfis dizaynda hazırlanmış poçt markaları təqdim edir.
Teleqraf. com xəbər verir ki, şirkət növbəti dəfə Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynamış neft hasilatı üzrə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illik yubileyi münasibəti ilə poçt markası çap etdirib.
Belarusda çap olunan markanın tirajı 5000 ədəd təşkil edir. Markanın nominal dəyəri 1 manata bərabərdir.
İlhamə