Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın Baş nazirinin ticarət üzrə səfiri, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Britaniyalı qonaqların Bakıya səfərinin Azərbaycan neft sektorunda beynəlxalq əməkdaşlığın başlanmasının 20-ci ildönümünə təsadüf etdiyini vurğulayan ARDNŞ prezidenti ötən dövr ərzində bp şirkəti ilə səmərəli əməkdaşlıq qurulduğunu qeyd edib.
Lord Risbin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Qonaq Böyük Britaniyanın Azərbaycanın enerji sektoruna, xüsusilə də ARDNŞ ilə əməkdaşlığa böyük dəyər verdiyini, bp və digər Britaniya şirkətlərinin ölkəmizdəki faəliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Rövnəq Abdullayev “Cənub Qaz Dəhlizi”nin qlobal önəm daşıdığını və layihənin əsas elementləri olan “Şahdəniz-2”, TANAP və TAP layihələrində bp şirkətinin SOCAR-la birlikdə Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verəcəyini seyib. O, qədim neft diyarı olan Azərbaycanın müstəqillik dövründə sosial-iqtisadi inkişafda qazanılmış uğurlarından bəhs edib, bu uğurlarda neft-qaz sektorunun rolundan danışıb. Qeyd olunub ki, SOCAR-ın beynəlxalq neft şirkəti kimi formalaşması prosesi uğurla davam edir.
Naibə