28 İyul 2020 13:28
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” yeni növ koronavirus (COVID-19) epidemiyasının yaratdığı tənəzzülün yaxın illərdə də hiss olunacağını açıqlayıb.

Teleqraf.com agentliyə istinadla xəbər verir ki, ABŞ, Yaponiya, Kanada, Almaniya, Fransa və İngiltərə də daxil olmaqla inkişaf etmiş ölkələrdə ümumi daxili məhsul (ÜDM) epidemiyadan əvvəlki səviyyədən təxminən 3-4 faiz aşağı qalacağı gözlənilir.

Məlumatda bildirilir ki, COVID-19 şoku uzun müddətli işsizliyi artıracaq. Eyni zamanda iş saatlarının azalması, investisiya və kapital yığımları yavaşladığı üçün davamlı zərərlər meydana gələcək.

Açıqlamada iqtisadi proqnozla bağlı böyük qeyri-müəyyənliklərin olduğu vurğulanıb. Qeyd edilib ki, yeni dalğaların və karantin tədbirlərinin təkrar tətbiqi bərpa prosesini ləngidə bilər. İqtisadi fəaliyyətin sürətlə normallaşmasını isə tibbi irəliləyişlərin təmin edə biləcəyi vurğulanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər