17 Noyabr 2020 16:11
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın enerji şirkəti “Qazprom Export” Türkiyəyə 700 min kubmetr qaz satışı üçün elektron ticarət platforması (ETP) vasitəsi ilə ilk müqavilə bağlayıb.

Teleqraf.com xəbər verir ki, çatdırılma 2020-ci ilin dekabr ayında Malkoçlarda olacaq.

Müvafiq əməliyyat 11 noyabrda Elektron Ticarət Platformasında (ETP) ticarət sessiyası çərçivəsində bağlanmışdı. Bu, Rusiya qazının Türkiyə bazarına çıxarılması üçün ETP vasitəsilə keçirilən ilk əməliyyatdır.

“Gazprom Export” Türkiyəyə ESP vasitəsi ilə qaz satmaq üçün 5 ayrı tender keçirib.

Türkiyə Rusiya qazının boru kəməri ilə əldə edən ən böyük alıcılarından biridir. Lakin son illər şirkətin Türkiyə bazarında “mavi yanacaq” satışları azalmaqdadır. Belə ki, cari ilin birinci yarısında Rusiyadan alınan qazın miqdarı əvvəlki ilin eyni dövrünə nisbətən 41,5 faiz azalaraq 4 milyard 678 milyon 66 min kubmetrə enib.

Ötən il satışlar 35 faiz azalaraq 15 milyard 500 milyon kubmetrə enib. Bu ilin 9 aylarında isə 25 faiz azalaraq 8 milyard 854 milyon kubmetr təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər