Dünyanın ən böyük şəkər müqaviləsi prosessoru yaxın iki ildə şəkər çatışmazlığı olacağı barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın ən böyük ərzaq şirkəti “Cargill” və braziliyalı istehsalçı “Copersucar”ın ortaq quruluşu olan “Alvean”ın CEO-su Paulo Roberto de Souza deyib.
İcraçı direktor bu mövsüm şəkərdə 5 milyon ton, 2021-2022 mövsümündə 6 milyon ton kəsir proqnozlaşdırıldığını açıqlayıb: “Tailandda aşağı məhsuldarlıq, Avropada istehsalın azalması və Braziliyada quraqlığın dünyanı şəkər baxımından Hindistandan asılı vəziyyətə gətirəcək.
Fyuçers müqavilələri keçən il 15 faiz artdı, bununla da 2016-cı ildən bəri ən böyük artım qeydə alınmışdı. Zəif dollar dəstəyi ilə müqavilələr 2021-ci ildən yüksəlməyə başlayıb və 2017-ci ilin may ayından bəri ən yüksək səviyyələrə çatıb. Əmtəə qiymətləri son zamanlar artan investor tələbi ilə bahalaşmaqdadır. Dünyanın Hindistandan gələn şəkərə ehtiyac var".