14 Yanvar 2021 15:32
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın satışa çıxarılan xam neft ehtiyatları ötən həftə əvvəlki həftəyə görə 3 milyon 200 min barel azalıb.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Enerji İnformasiya Agentliyi (EIA) açıqlayıb.

Məlumata görə, ölkədəki xam neft ehtiyatlarının keçən həftə 0,7 faiz azalaraq 482,2 milyon barelə düşüb. Bazarın gözləntisi ehtiyatların təxminən 2.7 milyon barel azalacağı yönündə idi.

Satışa çıxarılmayan strateji xam neft ehtiyatları isə dəyişməz olaraq 638,1 milyon barel səviyyəsində qalıb. Bu dövrdə ABŞ-ın benzin ehtiyatları 4.4 milyon barel (1.8 faiz) artaraq 245.5 milyon barel olub.

ABŞ-ın xam neft idxalı keçən həftə əvvəlki həftəyə görə gündəlik 870 min barel artaraq təxminən 6 milyon 239 min barelə, neft ixracatı isə gündəlik orta hesabla 621 min barel azalaraq 3 milyon 11 min barelə yüksəlib.

Ölkənin gündəlik xam neft istehsalı 2-8 yanvar həftəsində 3 min barel azalaraq təxminən 11 milyon 511 min barel olub.

EIA-nin hesabatına görə, ABŞ-da gündəlik ortalama xam neft hasilatının bu il 11,1 milyon barel, gələn il isə 11,5 milyon barel olacağı gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı