"Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısı zamanı çıxışında toxunduğu məsələlər olduqca vacibdir”.
Bunu Teleqraf.com-a İqtisad elmləri doktoru, professor, sabiq maliyyə nazir Fikrət Yusifov deyib.
O bildirib ki, bu tədbir Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əlaqələrinin yüksək səviyyədə olmasının təsdiq edir: “Zirvə toplantısında çıxış edən Türkiyə, Pakistan və Əfqanıstan rəhbərləri Azərbaycan Prezidentini Vətən müharibəsində əldə edilmiş qələbə münasibətilə təbrik etdilər. Bu, Azərbaycanın böyük uğuruna qardaş ölkə rəhbərlərinin verdiyi qiymətdir. Eyni zamanda bu, həmin ölkələrlə Azərbaycanın sıx tərəfdaşlıq əlaqələrinin bariz nümunəsidir. Ölkəmiz bu qələbə ilə bölgədə özünün siyasi əhəmiyyətini yetərincə artırdı.
Azərbaycan-Türkiyə qardaşlığı bu müharibədə özünü bir daha bariz şəkildə bütün dünyaya göstərdi. Türkiyə kimi regionda söz sahibi olan böyük bir dövlətin Azərbaycanın yanında olması ölkəmizin siyasi gücünə güc qatır. Hesab edirik ki, biz birlikdə daha çox zirvələri fəth edəcəyik. İki ölkənin iştirakı ilə regionda daha böyük transmilli layihələr reallaşacaq”.
Ekspert deyir ki, müharibə başlayan dövrdən Türkiyə ilə yanaşı, Pakistan və Əfqanıstan da Azərbaycana xüsusi dəstək nümayiş etdirib: “Bu dövrdə Pakistanın və Əfqanıstanın dövlət başçılarının verdiyi bəyanat xüsusi əhəmiyyət daşıyan bir məsələ oldu. Ümumiyyətlə, İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələrin bir araya gələrək zəruri hesab etdikləri məsələləri həll edən bir platformadır. Hesab edirəm ki, bu platformanın fəaliyyəti gələcəkdə daha da genişlənəcək və Azərbaycan öz siyasi, iqtisadi dividentlərini artırmaq məqsədilə bu platformanın yaratdığı imkanlardan fayadalanacaq”.