16 Aprel 2021 11:56
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Rusiya münasibətlərində yenidən gərginlik müşahidə olunur. ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Rusiyaya qarşı daha ciddi sansiyalar tətbiq edə biləcəyini, lakin bunu etməməyi qərara aldığını bəyan edib. Görünən odur ki, hələlik rəsmi Vaşinqton Moskva ilə əsas körpüləri yandırmaq niyyətində deyil. Bununla belə, son açıqlamalar dünya bazarlarına da təsirsiz ötüşməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, Brent markalı neftin 1 barelinin qiyməti 68 dollara yaxınlaşır: “Son 10 gündə neftin dünya bazar qiyməti 8 faizdən çox bahalaşıb. ABŞ-Rusiya münasibətlərində soyuqlaşma müşahidə edilən son 2 gündə isə “qara qızıl” 5 faiz dəyər qazanıb. Doğrudur, neftin dünya bazar qiymətindəki artımlar ABŞ və Avrozona iqtisadiyyatı ilə bağlı pozitiv mesajların gəlməsi ilə də bağlıdır. Əksər ölkələrdə pandemiyanın üçüncü dalğasının müşahidə olunmasına baxmayaraq vaksinasiya prosesi investorlarda real sektorda artımla bağlı yeni ümidlər forlamalaşdırıb. Eyni zamanda, OPEC+ anlaşmasında mühafizəkar meyillərin qorunub saxlanılması və hasilatın kəskin artımına gedilməməsi də neft bazarındakı tarazlığa müsbət təsir göstərir.

Hələlik qlobal valyuta bazarında “sakitlik” müşahidə olunsa da, regionun əsas dövlətlərinin milli valyutalarına dollar təzyiqi hələ də yumşalmayıb”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər