Hollandiyanın üçüncü ən böyük bankı “ABN AMRO” çirkli pulların yuyulması və korrupsiya əməllərinin qarşısının alınması ilə əlaqədar müxtəlif tələblərə əməl etmədiyi üçün 480 milyon avro cərimə ödəyəcək.
Teleqraf.com banka istinadən xəbər verir ki, Hollandiya Prokurorluq Xidmətinin (DPPS) apardığı istintaqda çirkli pulların yuyulması və korrupsiya əməllərinin qarşısının alınmasında ciddi səhlənkarlığa yol verdikləri üçün razılıq əldə edilib.
Razılaşmaya əsasən, 300 milyon avro cərimə və 180 milyon avro çirkli pulların yuyulması əməliyyatlarından əldə edilən gəlir də daxil olmaqla ümumilikdə 480 milyon avro ödəniləcək.
Bank 2014-2020-ci illər ərzində iqtisadi cinayətlərin qarşısının alınması üçün müştərinin lazımi araşdırma siyasətinin həyata keçirilməsindəki ciddi çatışmazlıqları etiraf edib.
Bankın icraçı direktoru Robert Svaak müştərilərin bank hesablarından sui-istifadə etmələrinin qarşısını almaqda kifayət qədər uğur əldə edə bilmədiklərini və bütün məsuliyyəti öz üzərlərinə götürdükərin deyib.