18 İyun 2021 14:28
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2010/2011-ci tədris ilində orta məktəbə getmiş şagirdlərin təxminən 30%-i və ya 35 min 782 nəfəri orta təhsili tam başa vura bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

O, Təhsil Nazirliyinə istinadən deyib ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirəcək: “Bu məzunlar 2010/2011-ci tədris ilində orta məktəbə ilk dəfə qədəm qoymuş şəxslərdir. Rəsmi məlumatlar göstərir ki, həmin tədris ilində ölkə üzrə 1-ci siniflərə gedən şagirdlərin sayı 119 min 851 nəfər olub. Göründüyü kimi 2010/2011-ci tədris ilində orta məktəbə getmiş şagirdlərin təxminən 30%-i və ya 35 min 782 nəfəri orta təhsili tam başa vura bilmir. Bu şəxslərin bir hissəsi 9-cu sinfi bitirdikdən sonra orta ixtisas və peşə təhsilinə üz tutsalar da, tam orta təhsili ala bilməyənlər kifayət qədərdir”.

Samir Əliyevin apardığı gender təhlili göstərir ki, vəziyyət oğlanlarda say etibarilə daha pisdir: “Məsələn, oğlan şagirdlərin ümumi sayının 18 min 873 nəfəri (29,3%) tam orta təhsil almadığı halda qızlarda bu göstərici 16 min 909 nəfərdir (30,5%).

Nazirliyin digər açıqlamasına görə, bu il IX sinifləri 131 min 227 nəfər bitirəcək. Bu siniflərin şagirdləri 1-ci sinfə 2012/2013-cü ilə gediblər və həmin vaxt onların sayı 135 min 425 nəfər olub. Nəticədə 4 min 198 nəfər 9-cu sinfi bitirə bilməyib. Bunların 2261-i oğlanların, 1937-si qızların payına düşür”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər