16 İyul 2021 14:57
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində vətəndaş müracitlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 90 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata əsasən, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Qeyd olunan vəsait əmək haqları, işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclərdən ibarət olub.

Yanvar-iyun aylarında 15 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Məlum hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar Əmək Məcəlləsinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər