19 Avqust 2021 14:00
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 18-də 68,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel azdır.

Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,75 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər