"2013-cü ildə fəaliyyətə başlayan SOCAR MARINE 80 000 kubmetr saxlama tutumu və 14 dəniz tankeri olan güclü tədarük şəbəkəsinə malikdir. İzmit Körfəzində yerləşən SOCAR MARINE 820 000 ton/il tranzit dəniz yanacağı satışı ilə Türkiyə bazarının lideri oldu".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.
O bildirib ki, 2019-cu ildə tranzit və ixrac daxilində STAD terminalında ilk dəfə dəniz yanacağı satılmağa başladı:
"SOCAR MARINE həm satış, həm də əməliyyat sahəsindəki üstün performansı ilə 12-ci Beynəlxalq Qızıl Lövbər Dənizçilik Müvəffəqiyəti Mükafatında "Logistika və Gəmi Yanacağı Tədarükü Kateqoriyası"nda ən uğurlu şirkət mükafatına layiq görülüb".