Günə 14.50 səviyyəsində başlayan dollar gün ərzində yüksəlişini davam etdirərək tarixi zirvəsini 14.76-ya çatdırıb.
Teleqraf.com xəbər verir ki, dollar həftənin əvvəlində 14,75 səviyyəsinə qalxaraq rekordunu təzələdikdən sonra Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) məzənnələrə müdaxilə edib.
Nəticədə sözügedən müdaxilənin təsiri ilə dollar 13,80 səviyyəsinin altına çəkilib. Dollar sonradan itirdiyi qazanclarını bərpa etsə də, yenidən 14 lirə səviyyəsinin üzərinə qalxaraq mərhələli artımını davam etdirib.
Hazırda avro 16,63 lirə səviyyəsini görüb.