İngiltərənin “Shell” şirkəti Rusiyanın Ukraynaya hücumundan sonra ölkədəki layihələrdən çəkilməyə qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Shell”in idarə heyəti açıqlama yayıb.
Məlumata görə, şirkət “Saxalin-II” LNG obyektindəki 27,5 faiz, “Salym Petroleum Development” və “Gydan” enerji müəssisəsindəki hissələrinin 50 faizini satacaq. Bundan əlavə, “Qazprom” və əlaqədar qurumlardakı birgə müəssisələrini tərk edəcək.
“Shell” həmçinin “Şimal axını-2” qaz kəməri layihəsində iştirakını dayandırmağı da planlaşdırır.
Qeyd edək ki, ötən ilin sonuna olan məlumata görə, “Shell”in Rusiyadakı cari əsas vəsaitləri 3 milyard dollar təşkil edib və bu qərarın “Qazprom” və digər təşkilatların dəyərinə zərər vuracağı gözlənilir.
“Shell” “BP” və “Equinor”dan sonra Rusiyadakı layihələrini tərk edəcəyini elan edən üçüncü şirkətdir.