23 Noyabr 2014 15:44
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Potidə "Şahdəniz 2" qaz kəmərinin nəqliyyat terminalı açılıb.

Gürcüstanın hökumət rəhbərinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili təntənəli açılış mərasimində iştirak edib.

""Şahdəniz 2" layihəsi çərçivəsindəki terminal Azərbaycan və Gürcüstan ərazisindən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üçün lazım olan boruların və digər avadanlığın daşınmasını təmin edəcək ", - baş nazir qeyd edib.

O, "Şahdəniz 2" layihəsinin əhəmiyyətini qeyd edib.

"Bu Gürcüstan və Azərbaycanın geosiyasi mövqelərini daha da möhkəmləndirən ən mürəkkəb və kompleksli enerji layihələrindən biridir", - Qaribaşvili bildirib.

"Şahdəniz 2" layihəsi çərçivəsində qaz hasilatının başlanması 2018-ci il üçün nəzərdə tutulub. 2018-ci ildə Türkiyəyə qaz tədarükü başlanğıcı gözlənilir, Aropa bazarına isə qaz 2019-cu ildə daxil olacaq.

Bütün layihənin dəyəri 28 milyard dollar qiymətləndirilir.


Müəllif:

Oxşar xəbərlər