2 Aprel 2022 20:13
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qazının “dost olmayan” ölkələrə satışına görə ödənişin rublla alınması üçün yeni sistem işə salınıb.

Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərman rəsmi KİV-də dərc olunub.

Fərmana əsasən, təbii qazın satışı rublla ödənilməsə, Moskva bunu pozuntu kimi qiymətləndirəcək və təbii qaz verilişi dayandırılacaq.

Həmçinin, Rusiya qazını alan müvafiq ölkələr “Qazprombank”da hesab açmalıdırlar, lakin bu banka ödənişlər etdikdən sonra vəsait Moskva birjasında rubla çevriləcək.

Əgər fərman çərçivəsində Rusiyaya təbii qaza görə rublla ödəniş edilməsə, Moskva bunu pozuntu hesab edə və qazı kəsə bilər.

Rusiya indiyədək böhran dövründə heç vaxt enerji ilə bağlı konkret qərar qəbul etməyib. Bu, Rusiyanın enerji silahından ilk dəfə Qərbə qarşı istifadə etməsi kimi şərh edilib.

Qeyd edək ki, hökumət martın 7-də Rusiyaya “dost olmayan” ölkələrin siyahısını təsdiqləyib.

Siyahıya ABŞ, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Ukrayna, İsveçrə və Sinqapur, eləcə də Rusiyaya qarşı sanksiya tətbiq edən daha 15 ölkə daxildir.


Müəllif: Yeganə Oqtayqızı