27 Noyabr 2014 14:01
694

Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” Beynəlxalq Sənaye Konfransı çərçivəsində sənaye müəssisələri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Teleqraf.com-unə xəbərinə görə, mükafatlandırma mərasimində yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edib.

Aqrar, qida, yüngül, ağır və mebel sənaye sahələrinin inkişafı, neft-kimya sənayesinin modernləşdirilməsi, tikinti materiallarının istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi, sənaye sahəsinə irihəcmli investisiya qoyuluşu, regionlarda rəqabətqabiliyətli istehsalın qurulması, ixracyönümlü avadanlıq istehsalının inkişafı, ekoloji təmiz texnologiyaların tətbiqi sahəsində fərqləndiklərinə görə 23 yerli şirkət mükafata layiq görülüb.

Mükafatları qalib sənaye müəssisələrinə İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev təqdim edib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilib.

Naibə QURBANOVA


Müəllif:
Загрузка...